İtalyan şirkəti Rusiyadan çıxdığını elan etdi
Dünyada metal emalı sənayesi üçün avadanlıq və qurğuların üçüncü ən böyük tədarükçüsü olan beynəlxalq italyan şirkəti mayın 2-də Rusiyadan çıxacağını elan edib.
AFN.az-ın məlumatına görə, bu barədə şirkət rəhbərliyinin nümayəndəsi RİA Novosti-yə bildirib. O, qeyd edib ki, Danielinin Rusiya bazarını tərk etməsi Avropa birliyi tərəfindən yaradılmış sanksiya rejiminə görə Rusiyada avadanlıq sata bilməməsi ilə bağlıdır:
"“Danieli Group”un istehsal etdiyi məhsulların ağır avtomobillər və gəmilərlə daşınması tələb olunur, bundan sonra metallurgiya avadanlıqları yerində yığılır. Onun sözlərinə görə, gömrük məsələlərində də ciddi məhdudiyyətlərə görə bütün bunlar son dərəcə çətinləşib".
"Qaydalar o qədər sərtləşib ki, çatdırılma mümkün deyil" mənbə əlavə edib.
O, bildirib ki, hazırda şirkət bu aktiv üçün alıcı və onu satışa çıxarmaq yollarını axtarır: “Düşünürəm ki, nəyisə öyrənmək üçün təxminən altı ay lazım olacaq. İlin sonuna qədər ən yaxşı alıcıların kimlər olması ilə bağlı məlumatımız olacaq”.
Bundan öncə Tinder də daxil bir neçə onlayn tanışlıq xidmətinin sahibi olan Match Group şirkəti Rusiyadan ayrıldığını elan edib. Şirkət iyunun 30-dək Rusiya bazarını tərk edəcək.