Rusiyada "Carlsberg"in aktivləri üçün alıcı tapılıb
Danimarkanın “Carlsberg Group” pivə korporasiyası “Baltika” üçün Rusiyada alıcı tapıb.
AFN.az xəbər verir ki, bu barədə qrup öz internet səhifəsində press-relizdə məlumat yayıb.
Şirkət müvafiq sazişi iyunun 23-də imzalayıb və indi sövdələşmə Rusiyanın tənzimləyici orqanları tərəfindən təsdiqlənməlidir. Bununla əlaqədar olaraq, "Carlsberg Group" ölkədə aktivlərin satışının yekun tamamlanma tarixini qeyd edə bilməz. Şirkət alıcının adını açıqlamayıb.
Qrup qeyd edir ki, Rusiyadakı biznesi ümumi fəaliyyətdən ayırmaq çətin olub. Prosesə biznes funksiyaları üzrə təxminən 150 iş axını və Rusiyadan kənar bazarlarda 150 milyon DKK-dan çox məbləğdə pivə zavodu avadanlığına və İT infrastrukturuna investisiyalar daxil edilib.
Konsern 28 mart 2022-ci ildə “Baltika”nın satışını elan edib. Eyni zamanda, istehsalçı Rusiyaya sərmayə qoymağı, istehsalını, satışını və markanın reklamını dayandırıb.
Aprelin sonunda Türkiyənin "Anadolu Efes AB"-nin nəzarətində olan "InBev Efes"-in "Baltika" pivə şirkətinin mümkün alıcısı ola biləcəyi barədə məlumatlar ortaya çıxmışdı.