Kərəm Aktürkoğlu: Rəqiblərimiz bizdən çəkinirlər


Türkiyə Superliqasının 30-cu həftəsində səfərdə "Alanyaspor"u 4:1 hesabı ilə məğlub edən "Qalatasaray" liderliyini davam etdirir.


AFN.az xəbər verir ki, "Kırbıyık Holdinq" stadionunda keçirilən qarşılaşmada "Qalatasaray"a qələbə qazandıran qolları 14-cü dəqiqədə Abdülkerim, 42-ci dəqiqədə İkardi, 48-ci dəqiqədə Mertens və 63-cü dəqiqədə Raşitsa vurub. "Alanyaspor"un yeganə qolu 17-ci dəqiqədə Efecanın penaltisindən gəlib.
Bu nəticədən sonra liqada ardıcıl 3-cü qələbəsini qazanan "Qalatasaray" xalını 69-a yüksəldib və liderliyini davam etdirir.

Oyundan sonra "Qalatasaray"ın türkiyəli oyunçusu Kərəm Aktürkoğlu açıqlama verib. Çempionatda lider olduqlarını deyən oyunçu, belə davam etməkdə qərarlı olduqlarını bildirib: "Rəqiblərimiz bizdən çəkinir. Hər şey gözəl gedir, yaxşı ab-hava var. Sezonu zirvədə bitirərək çempionluğu almaq istəyirik. Sezonun başından bəri gözəl bir qrafikimiz vardı. Verilən aralar səbəbindən bir az problemlər yaşadıq, amma yenidən özümüzə gəldik. Həm sahədə, həm meydandan kənarda mükəmməl bir komanda ruhu var. Ümid edirəm ki, çempionluğu qazanacağıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu