Naxçıvan Baş Gömrük İdarəsi yaradılacaq
Naxçıvan Baş Gömrük İdarəsi yaradılacaq.
Musavat.com-un xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Bununla əlaqədar Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi İnzibati orqanların Təsnifatından çıxarılıb.
“İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 21-ci hissəsinə 1.1.1-1-ci yarımbənd (Naxçıvan Baş Gömrük İdarəsi) əlavə olunub.