ATƏT sədri Tbilisidədir
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Tbilisiyə səfər edib.
APA xəbər verir ki, ATƏT sədri bu barədə "Twitter"də bildirib.
Onun sözlərinə görə, səfəri çərçivəsində Osmani Gürcüstan Prezidenti Salome Zurabişvili, xarici işlər naziri İlia Darçiaşvili, Parlamentin spikeri Şalva Papuaşvili ilə görüşlər keçirəcək.