Ceyhun Bayramov ATƏT sədri ilə regional məsələləri müzakirə edib


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın paytaxtı Londonda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşüb.


Bu barədə XİN-dən bildirilib.

C.Bayramov və B.Osmani ikitərəfli məsələləri, həmçinin Cənubi Qafqazdakı durumu müzakirə ediblər.

Azərbaycanın XİN başçısı özünün tviter hesabında yazıb ki, B.Osmani ilə görüşməkdən məmnun olub.

“Biz ikitərəfli gündəliyi, ATƏT çərçivəsində əməkdaşlıq məsələlərini, eləcə də regionumuzdakı münaqişədən sonrakı vəziyyəti müzakirə etdik”, - C.Bayramov bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu