ABŞ qırıcıları Yaponiya hava limanına təcili eniş edib


Amerikanın iki F-16 qırıcısı Yaponiya aeroportuna təcili eniş edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə əlaqədar Yaponiyanın cənubundakı Okinava prefekturasının Miyako-Şimojisima hava limanında fövqəladə vəziyyət yaranıb.

Yaponiya hərbi dairələrindən verilən məlumata görə, təyyarələrdən birinin mühərrikində problem yarandığı üçün qırıcılar təcili eniş etməli olublar.

Hadisə nəticəsində tələfat və dağıntı olmayıb. Hadisə mülki uçuşların cədvəlinə təsir etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu