Azərbaycanda təcili yardım avtomobili qəzaya düşüb


Beyləqan rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya düşüb.


Hadisə zamanı sürücü, 1996-cı il təvəllüdlü Azadlı Məhərrəm Əli oğlu xəsarət alıb.

Yaralı digər təcili tibbi yardım avtomobilinin köməkliyi ilə Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

Müayinə zamanı ona sol körpücük sümüyünün sınığı və sağ baldır nahiyəsinin kəsilmiş yarası diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu