Naxçıvan Hərbi Prokurorluğu yenidən təşkil olunacaq


Milli Məclis Naxçıvan Hərbi Prokurorluğunun yenidən təşkil olunması məsələsini təsdiqləyib.


“Qafqazinfo” xəbər verir ki, parlamentin bugünkü plenar iclasında “Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yenidən təşkil olunması nəzərdə tutulur.

Dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsinə səbəb olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu