Tacikistanda 6 bal gücündə zəlzələ baş verib


Tacikistanda 6 bal gücündə zəlzələ baş verib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, təkanlar qonşu ölkələrdə də hiss olunub.

Türkmənistan, Qazaxıstan, Pakistan, Tacikistan, Özbəkistan, Çin, Əfqanıstan və Qırğızıstanda da hiss olunan zəlzələ Tacikistanın mərkəzindən 16 kilometr aralıda baş verib.

Qeyd edək ki, bu, son 1 ayda Tacikistanda baş verən çoxsaylı təkanlardan daha biridir. Türkiyə və Suriyada fevralın 6-da 7,6 və 7,7 bal gücündə zəlzələlərdən sonra bu ölkədə də tez-tez güclü təkanlar baş verir.

Sonuncu zəlzələdə dağıntılar və tələfat haqda hələlik məlumat yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu