Səhər saatlarından bəri Tacikistanda səkkiz dəfə zəlzələ baş verib
Bu gün gün ərzində Tacikistanın şərqində 8 zəlzələ baş verib.
AFN.az xəbər verir ki, bu haqda ölkənin fövqəladə hallar komitəsinin rəsmi açıqlamasında bildirilir. Xoşbəxtlikdən tələfat və dağıntı qeydə alınmayıb. “İlk təkanlar yerli vaxtla saat 05.37-də baş verib, Təkanın episentri Tacikistanın şərqində yerləşən Murqab rayonunun mərkəzindən 67 kilometr qərbdə, Düşənbə şəhərindən 400 kilometr cənub-şərqdə və Sarez gölündən 30 kilometr şərqdə olub. Zəlzələnin episentrində maqnitudası 6,8, dərinliyi isə 20,5 kilometr olub" - deyə dövlət qurumundan bildirilib.
Zəlzələ Xoroq şəhərində 5-6, Düşənbədə 2-3 bal gücündə olub. Tələfat və dağıntı qeydə alınmayıb.