Moskva bəzi rusların Ermənistana girişinə qadağa qoyulmasına mənfi reaksiya verib


“Kreml ayrı-ayrı rusların Ermənistana girişinə qadağa qoyulmasına görə təəssüflənir və buna mənfi reaksiya verir”.


“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Ermənistan Rusiyanın dostu və müttəfiqidir: “Biz ümid edirik ki, yaxın gələcəkdə belə hallar təkrarlanmayacaq”.

Qeyd edək ki, Bundan əvvəl İrəvanın Zvartnots hava limanında rusiyalı media eksperti və jurnalist Aram Qabrelyanovun Ermənistana girişi qadağan edilib. Həmçinin Ermənistan hökuməti “Rossiya seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan və Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci müavini Konstantin Zatulinin də ölkəyə girişinə qadağa qoymuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu