ABŞ-dan İsveç və Finlandiyanın NATO-ya qəbulu haqda açıqlama: "Bizim üçün önəmli deyil..."

"Əhəmiyyətli olan Finlandiya və İsveçin NATO-ya daxil olmasıdır. Bunun eyni zamanda olub-olmamasının bizim üçün heç bir əhəmiyyəti yoxdur".
AFN.az xəbər verir ki, bunu Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib. O, qeyd edib ki, ABŞ prezidenti Co Bayden hər iki ölkənin eyni vaxtda NATO-ya daxil olmasındansa, Finlandiya və İsveçin hansısa yolla NATO-ya daxil olmasını istəyir.
Kirbi bildirib ki, Bayden hər iki ölkənin NATO-nun müttəfiqləri olacağını düşünür. "Bayden İsveçdən əvvəl Finlandiyanın NATO-ya girməsinə dəstək verəcək. Bununla belə, bizim üçün önəmli olan hər iki ölkənin NATO müttəfiqi olmasıdır" - deyə Con Kirbi əlavə edib.
İsveç və Finlandiya keçən il Rusiyanın Ukraynaya müdaxiləsindan sonra NATO-ya üzv olmaq üçün müraciət etmək qərarı veriblər. Macarıstan və Türkiyə hələ onların NATO üzvlüyünü ratifikasiya etməyib.