Fransa quraqlıq qorxusundan su istehlakını məhdudlaşdıra bilər


Fransa hökuməti tarixin ən quraq qışı şəraitində sudan istifadəyə məhdudiyyətlər tətbiq etmək imkanlarını araşdırır.


AFN.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Fransanın ətraf mühitin transformasiyası naziri Kristof Beşu deyib. Yağışsız keçən qışın qarşıda quraqlıq bir yaydan xəbər verdiyini deyən nazir narahatlıqların əhəmiyyətli dərəcədə artdığını söyləyib. "Mən bazar ertəsi regionlarda hakimiyyət nümayəndələrini toplayaraq onlardan indi suya qənaət edəcək tədbirlər görmələrini xahiş etməyi planlaşdırıram", - deyə nazir bildirib.

Müəyyən qənaət tədbirlərinə ehtiyac olduğunu bildirən Kristof Beşu qeyd edib ki, bura fərdlərə və fermerlərə sudan istifadəyə məhdudiyyətlər qoyulması daxildir.

Venesiya kanalları su axınının azalması və yağışın olmaması səbəbindən qurumağa başlayır. Alp dağlarına qar normanın yarısından az yağdığı üçün İtaliya da daha bir quraqlıqla üzləşə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu