İranın 269 şəhəri su böhranı yaşayır


İranın 269 şəhərində su böhranı yaşanır. Şəhərlərdə yaşayan sakinlərin sudan qənaətlə istifadə edilməsinə çağırış edilib.


İranın İşçi Xəbər Agentliyinin (ILNA) məlumatına görə, su sənayesi sözçüsü Haşim Əmini ölkənin su problemi və quraqlıqla mübarizə strategiyası ilə bağlı mətbuat konfransı keçirib.

İran rəsmisi ölkənin 269 şəhərində su böhranı olduğunu bəyan edərək, “Məşhədin suyunu təmin edən Dostluq bəndi ağır vəziyyətdədir, Təbrizdə Nəhənd bəndi quruyub" - deyə açıqlama verib.

Zəncan və Tabas yeraltı sularının və Sistan-Bəlucistandakı göllərin təhlükədə olduğunu bildirən Əmini suyun qənaətlə istifadəsi məsələsinə diqqət çəkib.

İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Əli Selaceke ötən həftə quraqlıq səbəbindən suyun səviyyəsinin aşağı düşdüyü Urmiya gölünün vəziyyətinin yaxşı olmadığını və problemin beynəlxalq xarakter daşıdığını bildirib.

İranlı ekspertlərin fikrincə, ölkədə su böhranı yaşayış sahəsinin kiçilməsini, iqtisadi, sosial və mədəni münaqişələri özü ilə gətirir.

İrandakı quraqlıq və administrasiyanın su ehtiyatlarını idarə edə bilməməsi son illər ölkənin bəzi əyalətlərində etirazlara səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu