Problemli kreditlərin həcmi açıqlandı


Yanvar ayında bankların kredit portfeli 0.4% və ya 75.2 mln. manat artaraq 19,669.6 mln. manat olub.


Musavat.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, kredit portfelinin strukturunun 55.2%-ni biznes kreditləri (10,845.6 mln. manat), 29.5%-ni istehlak kreditləri (5,811.9 mln. manat) və 15.3%-ni ipoteka kreditləri (3,012.2 mln. manat) təşkil edib.

2023-cü ilin yanvar ayında cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.9% təşkil edib.

Yanvar ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.8% və ya 203.8 mln. manat artıb. Əmanət portfelinin 53%-i (6,196.3 mln. manat) müddətli əmanətlərdən ibarətdir.

Rəsmi məlumata görə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında ilin əvvəlinə nəzərən 0.4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.5 faiz bəndi azalaraq 38.8% təşkil edib. Cari ilin yanvar ayında manatla geniş mənada pul kütləsi (M2) ötən ilin müvafiq dövrünə nəzərən 25.1% artaraq 28,914.8 mln. manat təşkil edib.

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı yanvar ayının sonunda ötən aya nəzərən 231 min ədəd artaraq 13 milyon 488 min ədəd olub. Cari ilin yanvar ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.

2023-cü ilin yanvar ayında bankomatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.2%, POS-terminalların sayı isə 29.5% çoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu