Azərbaycanın əməkdar rəssamı vəfat edib


Azərbaycanın əməkdar rəssamı Ağa Saleh Nuriyev vəfat edib.


83 yaşlı rəssam bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, A.Nuriyev 1940-cı ildə Bakıda anadan olub. O, 1957–1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1964–1973-cü illərdə Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. A.Nuriyev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Onun əsərləri Gürcüstan, Rusiya, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilib. O, 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə əməkdar rəssam adına layiq görülüb.

Mərhum rəssam Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimovanın atasıdır. (Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu