KİV: Bayden Kiyevi tərk edib

ABŞ prezidenti Co Bayden Kiyevi tərk edib.
AFN.az xəbər verir ki, bu barədə CNN Ağ Ev jurnalistlərinə istinadən məlumat yayıb.
KİV-in məlumatına görə, Bayden səhər saat 8:00 radələrində Kiyevə gəlib və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb, Kiyevin mərkəzində gəzintiyə çıxıb. O, ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyinə söz verib.