ADR-in sonuncu kommunist baş naziri Hans Modrov vəfat edib


Şərqi Almaniyanın son kommunist lideri kimi Almaniyanın birləşməsinə yol açan demokratik islahatlara rəhbərlik edən Hans Modrov 95 yaşında vəfat edib.


AFN.az xəbər verir ki, bu barədə Reuters Almaniyanın solçu Die Linke Partiyasına istinadən xəbər yayıb. “Dünən gecə Hans Modrov 95 yaşında bizi tərk etdi. Partiyamız mühüm şəxsiyyətini itirdi”, - deyə partiyanın bəyanatında qeyd edilir.

Modrov 1989-cu ilin noyabrından 1990-cı ilin aprelinə qədər ADR Nazirlər Şurasının sədri vəzifəsində çalışıb. O, həmçinin Bundestaqın və Avropa Parlamentinin deputatı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu