RSFSR Nazirlər Sovetinin sonuncu sədri İvan Silayev vəfat edib
RSFSR Nazirlər Sovetinin sonuncu sədri İvan Silayev vəfat edib.
AFN.az xəbər verir ki, bununla bağlı Birləşmiş Təyyarə Korporasiyası məlumat yayıb. RSFSR Nazirlər Sovetinin sonuncu sədri İvan Silayev fevralın 8-də 92 yaşında vəfat edib.
Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı Silayev 1990-1991-ci illərdə RSFSR Nazirlər Sovetinin sədri vəzifəsində çalışıb. Bundan əvvəl o, SSRİ Dəzgah və Alət Sənayesi Nazirliyinə rəhbərlik edib, Sovet İttifaqının Aviasiya Sənayesi Naziri olub və Sokol Nijni Novqorod Aviasiya Zavoduna rəhbərlik edib. Ustadan müəssisənin direktoruna qədər 20 illik iş təcrübəsi ərzində Silayev MiQ-15, MiQ-17, MiQ-19, MiQ-21, MiQ-25, MiQ-31 qırıcılarının yaradılmasında və istehsalında iştirak edib.