TFF: "Transfer və qeydiyyat müddətinin 10 gün uzadılması ilə bağlı FİFA-dan razılıq var"


Türkiyə Futbol Federasiyası bu gün başa çatacaq ikinci transfer və qeydiyyat müddətinin daha 10 gün uzadılması üçün FİFA-ya müraciət edib.


AFN.az xəbər verir ki, bununla bağlı qurumun açıqlamasında bildirilib.
"Ölkəmizdə baş verən zəlzələ fəlakətləri ilə əlaqədar milli matəm elan edilməsi və 10 əyalətdə fövqəladə vəziyyət qərarı səbəbiylə Federasiyamız transferdə hər hansı neqativ halların yaşanmaması üçün 06.02.2023-cü il tarixində FİFA-ya rəsmi müraciət edib. İçində olduğumuz transfer müddətinin uzadılmasını xahiş etmişik. FİFA ilə aparılan danışıqlarda transfer müddətinin on gün uzadılması üçün şifahi razılıq alınıb və yazılı təsdiq prosesi gözlənilir" - deyə TFF-dən verilən açıqlamada qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu