Seyran Ohanyan həbs ediləcək - deputatlığı ləğv edilir


Ermənistan parlamenti Baş prokuror Anna Vardapetyanın müxalif “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət təqibi ilə bağlı vəsatətlərinə baxmağa başlayıb.


AFN.az xəbər verir ki, müxalifətin “Ermənistan” fraksiyası iclası boykot edib. Lakin müxalifəti təmsil edən “Şərəfim var” fraksiyası Milli Məzclisin müzakirlərinə qatılıb.
Ümumilikdə, baş prokuror üç vəsatət verəcək. Onlardan birinə bağlı qapılar arxasında baxılacaq. Çünki orada dövlət sirri təşkil edən məlumatlar var.
Bu yaxınlada Seyran Ohanyana dövlət sirri ilə, yəni vəsatətin materialları ilə tanış olmaq qadağan edilib. Fraksiyadakı bir çox həmkarları da onun bu müraciətə baxılmasına icazə verilməyəcəyini istisna etməyiblər.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu