Sarkisyan Ohanyanın cinayət işi üzrə cəlb olunub


Ermənistanın sabiq prezidenti Serj Sarkisyan keçmiş müdafiə naziri Seyran Ohanyanın işi üzrə istintaqa cəlb olunub.


AFN.az-ın xəbərinə görə, Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib. O, parlamentdəki çıxışı zamanı bildirib ki, Sarkisyan “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyanın işi üzrə dindirilib.

O da bildirilir ki, Ermənistan parlamentinə Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi üçün baş prokurordan üç vəsatət daxil olub. Vəsatətlərdə keçmiş müdafiə nazirinin vəzifə səlahiyyətlərindən istifadə edərək, xüsusilə külli miqdarda əmlak mənimsədiyi, həmçinin digər şəxsi və qrup maraqları ucbatından ağır nəticələrə səbəb olan səhlənkarlığa yol verdiyi əksini tapıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu