ABŞ Dövlət Departamentindən Türkiyəyə başsağlığı


ABŞ dövlət katibi Antoni Blinken Türkiyə və Suriyada baş verən çoxsaylı zəlzələlərdə həyatını itirənlərlə bağlı başsağlığı verib.


AFN.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken verdiyi yazılı açıqlamada, "ABŞ bu gün baş verən zəlzələlər nəticəsində Türkiyə və Suriyada faciəvi insan itkiləri və dağıntılardan dərin təəssüf hissi keçirir. Zəlzələdən zərər çəkənlərin ailələrinə başsağlığı veririk və hərtərəfli yardım variantlarımızı dəyərləndiririk" - deyə bildirib.

Blinken bölgənin nəyə ehtiyacı olduğunu müəyyən etmək üçün komandasına yaxın günlərdə Türkiyə və humanitar tərəfdaşları ilə sıx əlaqə saxlamağı tapşırdığını bildirib. Türkiyəyə ilk yardımın davam etdiyini bildirən Blinken, “Suriyada ABŞ-ın dəstəklədiyi humanitar təşkilatlar zəlzələlərin ölkə miqyasında təsirlərini hesablayır. Biz qarşıdakı günlərdə, həftələrdə və aylarda bu zəlzələlərdən zərər çəkənlərə kömək etmək üçün əlimizdən gələni etməyə hazırıq" - deyə vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu