Rumıniyada da silsilə zəlzələ oldu


Fevralın 6-ı saat Buxarest vaxtı ilə saat 3:30 radələrində Rumıniyada beş zəlzələ baş verib.


Yerli “Digi24” nəşrinin məlumatına görə, zəlzələ Buxarest, Braila, Brasov, Qalati, Ployeşti şəhərləri yaxınlığında 23 km dərinlikdə qeydə alınıb.
Daha sonra eyni ərazidə 2,6, 2,9, 2,7 və 2 bal gücündə dörd aftoşok qeydə alınıb.
Növbəti üç zəlzələ 17 kilometr dərinlikdə (4:09, 4:13 və 5:01) baş verib. Beşinci zəlzələ səhər saat 5:26 radələrində 21 kilometr dərinlikdə olub.
Təbii fəlakət Türkiyədə baş verən zəlzələ ilə eyni vaxta düşüb. Lakin Yerin Fizikasının Tədqiqat və İnkişafı üzrə Milli İnstitutun baş direktoru Konstantin İonesku bu hadisələr arasında heç bir əlaqə olmadığını deyib. O, zəlzələlərin təkrarlanacağını da istisna etməyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu