Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatıb
"Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı görülən işlərin ilkin mərhələsi fevralın 5-də başa çatıb"
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.
O bildirib ki, siyahıların dəqiqləşdirilməsi prosesi adətən bir neçə mərhələdən ibarət olur: “Artıq ilkin mərhələ başa çatıb. Məntəqə seçki komissiyaları və müvafiq dövlət qurumları hər bir məntəqə üzrə seçici siyahılarını dəqiqləşdirərək Dairə Seçki Komissiyalarına təqdim etməlidir.
MSK-nin bu işlərə indiki mərhələdə müdaxiləsi nəzərdə tutulmur. Lakin istənilən halda məsələ ilə bağlı müvafiq şöbələrə göstərişlər vermişəm ki, yerlərlə əlaqə saxlasınlar. Naxçıvanda da proseslər davam edir”.