Yens Stoltenberq: “NATO ölkələri Türkiyədəki zəlzələ ilə bağlı səfərbər olub”
“NATO ölkələri Türkiyədəki zəlzələ ilə bağlı səfərbər olub”.
“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.
O, Türkiyə ilə həmrəy olduqlarını bildirib: “Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıram”.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb, 1710 nəfər dağıntılar altında qalıb.