Ukrayna ilk yardım çərçivəsində 140-a yaxın Qərb tankı alacaq


Ukrayna hakimiyyəti 12 dövlətin daxil olduğu “tank koalisiyası”nda iştirak edən ölkələrdən 140-a yaxın Qərb modelli tank alacağını gözləyir.


AFN.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sosial şəbəkələrdə verdiyi məlumata görə, ilk tədarüklər zamanı Kiyev 120-dən 140-dək Leopard 2, Challenger 2, M1 Abrams və Leclerc tankları alacaq: “Hazırda tank koalisiyasının 12 üzvü var. Koalisiyanın bütün ölkələrini və onların əməli töhfələrini söyləmək hələ tezdir, çünki bəziləri öz daxili prosedurlarına uyğun olaraq formal qərarlar qəbul etməlidirlər. Yalnız onu qeyd edə bilərəm ki, tədarükün birinci dalğasında Ukrayna Silahlı Qüvvələri Qərb modellərinin 120-dən 140-a qədər müasir tankını alacağını gözləyir”.
Xatırladaq ki, yanvarın sonunda ABŞ Ukraynaya 31 M1 Abrams tankı göndərmək planını açıqlamışdı. Eyni zamanda, Almaniya rəsmiləri 14 Leopard 2 tankını Kiyevə təhvil verəcəklərini və digər ölkələrə bu maşınların təkrar ixracına icazə verəcəklərini təsdiqləyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu