Rusiyanın Ukraynaya təcavüzünü araşdıran beynəlxalq prokurorluq yaradılır


Avropa Komissiyası Rusiyanın Ukraynaya silahlı təcavüzü ilə bağlı cinayətlərini araşdırmaq üçün beynəlxalq prokurorluq çərçivəsində xüsusi komissiyanın yaradılması imkanını nəzərdən keçirir.


AFN.az xəbər verir ki, bu açıqlamanı Avropa Parlamentində çıxışı zamanı Ədliyyə üzrə Avropa Komissarı Didye Reynders verib.
Avropa Komissiyası Rusiya Federasiyasının Ukraynadakı cinayətlərini araşdırmaq üçün xüsusi tribunal yaratmaq təklifini hələ noyabr ayında irəli sürmüşdü. Lakin hələlik Avropa İttifaqında bu məsələ ilə bağlı konsensus yoxdur. Reyndersin sözlərinə görə, Aİ-yə üzv dövlətlərin və beynəlxalq tərəfdaşların müzakirə etməli olduğu çətin hüquqi və siyasi məsələlər mövcuddur.
“Xüsusi tribunal üzrə müzakirələr beynəlxalq səviyyədə kifayət qədər konsensus və dəstək toplamazdan əvvəl, ilk növbədə gələcək məhkəmələrin araşdırılması mexanizmi nəzərdən keçirilə bilər”-Reynders belə deyib.
Avropa komissarı əlavə edib ki, bu təşəbbüs çərçivəsində hüquq və təhlükəsizlik məsələləri hazırda Ukrayna hakimiyyəti, Beynəlxalq Cinayət Məhkəməsi və Aİ-nin “Euroist” hüquqi əməkdaşlıq agentliyi ilə müzakirə olunur.
Bu həftənin sonunda Strasburqda Avropa Parlamentinin deputatları Rusiyanın cinayətlərini araşdırmaq üçün tribunal yaradılmasını tələb edən əlavə qətnamə qəbul edə bilər.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu