Belarus deputatlarına ABŞ-a giriş qadağan edildi


ABŞ Dövlət Departamenti Belarusda müxalifəti təqib etdiyinə və demokratiyaya zərbə vurduğuna görə respublika parlamentinin deputatları da daxil olmaqla 25 nəfərə qarşı viza məhdudiyyəti tətbiq etdiyini açıqlayıb.


AFN.az xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib.
"Lukaşenko rejimi belarus xalqına və onun demokratik istəklərinə qarşı repressiyalarını, xüsusilə də demokratik müxalifətin lideri Svetlana Tixanovskaya və digər demokratik fəalların qiyabi məhkəməsini siyasi motivli əsassız ittihamlarla davam etdirir. İnsan haqlarının bu pozuntularına cavab vermək üçün Dövlət Departamenti Prezidentin 8015 saylı Bəyannaməsinə əsasən demokratiyanın sarsıdılmasında oynadıqları rola görə 25 nəfərə qarşı viza məhdudiyyəti elan edir”-Dövlət Departamentinin yaydığı məlumatda belə deyilir.
Belarus Milli Məclisinin deputatlarına qarşı ABŞ-ın viza sanksiyaları ehtimal olunan "terror cəhdləri"nə görə məhkum edilmiş şəxslər üçün ölüm hökmü haqqında qanunun qəbul edilməsindəki fəaliyyətinə görə tətbiq edilib.
Eyni zamanda, Vaşinqton rejimin dinc nümayişçilərə, demokratik müxalifətə, jurnalistlərə, həmkarlar ittifaqı üzvlərinə, fəallara, hüquq müdafiəçilərinə və sadə belaruslulara qarşı təqib və repressiyaları davam etdirdiyi bir vaxtda onun tərəfində dayanmayacağını vurğulayıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu