Çavuşoğlu BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi ilə görüşüb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Pedersen ilə görüşüb.
AFN.az xəbər verir ki, bu barədə Çavuşoğlu özünün twitter hesabında məlumat verib. “BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Pedersen ilə görüşdük. Biz BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsini, siyasi prosesləri və Konstitusiya Komitəsini dəstəklədiyimizi bir daha bəyan etdik” - deyə M.Çavuşoğlu bildirib.