Soledar uğrunda qızğın döyüşlər gedir


Müdafiə nazirinin müavini Anna Malyar Soledar şəhərinin işğal olunduğuna dair Rusiya tərəfinin məlumatını təkzib edib. AFN.az xəbər verir ki, Anna Molyar Soledarda gecə qızğın döyüşlərin baş verdiyini, lakin şəhərin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olduğunu bildirib.
O, bildirib ki, düşmən demək olar ki, bütün əsas qüvvələri Donetsk istiqamətində cəmləşdirib və yüksək intensivliklə hücumu davam etdirir.
“Döyüşçülərimiz cəsarətlə müdafiəni saxlamağa çalışır. Bu, müharibənin çətin mərhələsidir. Lakin biz qalib gələcəyik. Heç bir şübhə yoxdur”-nazir müavini belə deyib.
Qeyd edək ki, son iki həftə ərzində Rusiya ordusu kütləvi hücumlarla Soledar rayonunu işğal etməyə çalışır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu