Bakıda qarda sürüşərək xəsarət alanların sayı AÇIQLANDI


Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbi ilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 40 müraciət daxil olub.


Bu barədə AFN.az-a TƏBİB-dən məlumat verilib.

Xəsarət alanlardan 39-u (15-i qadın, 14-ü kişi olmaqla) aidiyyəti üzrə tibb müəssisəsinə hospitalizasiya olunub.

1 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin travmaları ilə bağlı olub.

Xəsarət alanlardan 1-i uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu