Ərdoğanın Nobel namizədliyinə ilk dəstək Pakistandan gəldi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel mükafatı üçün namizədliyinə ilk dəstək Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancranidən gəlib.
AFN.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Rusiya-Ukrayna böhranının həllində göstərdiyi səylərə görə prezident Rəcəb Tayyib Ərdoğanı Nobel Sülh Mükafatına namizəd göstərib. O, bildirib ki, Ərdoğanın Nobel namizədliyinə ilk dəstəyi Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani verib.
Sancrani Norveç Nobel Komitəsinə ünvanladığı məktubda Ukrayna böhranının həllində göstərdiyi səylərə görə prezident Rəcəb Tayyib Ərdoğanı Nobel Sülh Mükafatına namizəd göstərib. Tvitterdə paylaşdığı mesajda məktubunu açıqlayan Sancrani, "Rusiya-Ukrayna müharibəsi qısa zamanda bütün dünya üçün fəlakətli nüvə partlayış nöqtəsinə çevrildi. Yorulmaz səyləri və hər iki tərəfin vaxtında və effektiv müdaxilələri sayəsində qlobal fəlakətin qarşısını təkbaşına
aldı. Prezident Ərdoğan həmişə əsl dövlət xadimi və lider olub, təkcə ölkəsinin deyil, regionun və ümumən dünyanın rifahı üçün çalışır" - deyə qeyd edib.
Mustafa Şentop Sancraninin paylaşımından sitat gətirərək təşəkkür mesajı yayıb. O, Sancraniyə xitabən "Sizin Türkiyənin əsl dostu olduğunuzu görürük və bilirik" - deyə bildirib.