Norveç İlon Maskı Nobel Sülh Mükafatına namizəd göstərib


X sosial şəbəkəsinin sahibi və Tesla-nın qurucusu İlon Mask Norveç parlamentinin deputatı Marius Nilsen tərəfindən Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.



Bu barədə fevralın 20-də Daily Mail məlumat yayıb.

“Maskın təsis etdiyi, sahib olduğu və ya idarə etdiyi bir çox texnoloji şirkətlər cəmiyyəti təkmilləşdirməyə, həm Yer, həm də kosmos haqqında bilikləri genişləndirməyə yönəlib. Onların fəaliyyəti bütün dünyada ünsiyyət və qarşılıqlı əlaqə imkanlarını təmin etməyə yönəlib”, - deyə siyasətçi öz qərarını belə müdafiə edib.

Bundan əlavə, o, iş adamının getdikcə qütbləşən dünyada söz və ifadə azadlığını müdafiə etdiyini vurğulayıb.

Nəşr qeyd edib ki, Nobel mükafatına namizəd olmaq üçün konkret meyarlara cavab vermək lazımdır. Namizədlərin qısa siyahısı mart ayında Norveç Nobel Komitəsi tərəfindən təqdim olunacaq.

Mükafata İlon Maskdan başqa, BMT-nin rəhbəri Antonio Quterreş, WikiLeaks-in yaradıcısı Culian Assanc, NATO-nun baş katibi Yens Stoltenberq, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Fələstin və İsrailin insan haqları təşkilatları və başqaları namizəd olublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu