20 ildir ki, saxta diş həkimliyi edirmiş - VİDEO


Özünü "diş həkimi" kimi təqdim edən və 20 ildir qanunsuz diş müalicəsi ilə məşğul olan şəxs yaxalanıb və həbs edilib.


AFN.az DHA-ya istinadən xəbər verir ki, Türkiyənin Mersin bölgəsində müvafiq dövlət qurumları M.Ç.-nin Toroslar məhəlləsi Akbelen qəsəbəsindəki gizlin "obyektində" saxta stomatologiya ilə məşğul olduğunu və yanlış müalicə tətbiq edərək narazılıqlara səbəb olduğunu müəyyən edib. Hadisə yerinə edilən basqın zamanı M.Ç müayinəyə gələnləri binanın damında gizlədib.

Polis qrupları şübhəlini qaçıb gizləndiyi bərbərxanada yaxalayıb. "İş yeri"ndə aparılan araşdırmada stomatoloji müayinə üçün lazımi materiallar aşkarlanıb. Eyni zamanda müalicə zamanı istifadə olunan materialların təkrar istifadə üçün saxlandığı müəyyən edilib.

Ətraflı axtarışdan sonra iş yeri möhürlənib, M.Ç. özü isə polis tərəfindən saxlanılıb. Polis bölməsindəki əməliyyatlardan sonra məhkəməyə sövq edilən M.Ç. həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu