ABŞ-da Konqresə basqın zamanı polisə hücum edən şəxsə 78 ay həbs cəzası verilib

ABŞ-da 6 yanvar 2021-ci ildə Konqresə basqın zamanı polisə hücum edən şəxs 78 ay həbs cəzasına məhkum edilib.
NBC News-un məlumatına görə, Məhkəmə Konqresə basqın zamanı polisə hücum edən Ralf Çelentanoya 78 ay həbs cəzası verilməsinə qərar verib.
Hakim Timoti Kelli ifadəsində Çelentanonun yanvarın 6-da etdiyi hərəkətlərin rüsvayçı olduğunu bildirib.
Məhkəmə sənədlərində bildirilir ki, yanvarın 6-da digər iğtişaşçılarla polis sərhədlərini keçən Çelentano Kapitoliyada vəzifə yerinə yetirən polis zabitinə hücum edib.