ABŞ-dan qaçan qətl şübhəlisi Keniya polisinin əlindən də qaçıb


ABŞ-da qətl törətdikdən sonra Keniyaya qaçan Kelvin Kangethe saxlandığı polis təcridxanasından qaçıb.



“The Star” qəzetinin məlumatına görə, sevgilisini öldürdüyü üçün ABŞ-da axtarışda olan 41 yaşlı keniyalı Kelvin Kangethenin qətldən sonra Boston Loqan hava limanından Keniyaya qaçdığı müəyyən edilib.

Keniyada tutularaq ABŞ-a ekstradisiya edilmək üçün polis bölməsində saxlanılan Kangethe vəkili ilə görüşmək üçün çıxarıldığı kameradan qaçaraq ictimai nəqliyyatla bölgəni tərk edib.

Qaçışdan sonra mərkəzdə çalışan bir vəkil və 4 polis əməkdaşı saxlanılıb.

Oktyabr ayında sevgilisi Marqaret Mbitu hava limanında öldürdüyü iddia edilən Kangethe Keniyaya qaçıb və aylarla davam edən təqiblərdən sonra keçən ay tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu