Qarabağda anti-terror əməliyyatları mümkündür - ŞƏRH


2020-ci ildə 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın əhəmiyyətli hissəsi işğaldan azad edilsə də, ötən iki ildən artıq müddətdə Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlanmadı.


AFN.az xəbər verir ki, ötən dövrdə hər iki ölkənin rəhbərliyi ən ali səviyyədə bir neçə dəfə görüşdü. Təmaslar həm Rusiyanın, həm Qərbin vasitəçiliyi ilə baş tutsa da, heç birində məntiqi nəticə hasil olmadı. Hətta bir neçə dəfə cəbhə xəttində yeni toqquşmalar da yaşandı. Bütün bunlar bir tərəfə, Ermənistan 2020-ci ilin noyabrında bağlanan üçtərəfli müqavilənin şərtlərinə belə əməl etmədi. Nə Qarabağdan erməni silahlıları çıxdı, nə də Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan üzərinə götürdüyü öhdəliyə əmək etdi. Bütün bu məsələlərin 2023-cü ildə həlli gözlənilirmi?
AFN.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu məsələni şərh edərkən bildirib ki, 2023-ün gərgin il olacağını indidən söyləmək olar: "Hadisələrin builki gedişatı göstərir ki, Azərbaycanla Ermənistan arasında gərginlik gələn il də azalmayacaq, sülh sazişinin imzalanması ehtimalı yüksək deyil. Qarabağda erməni separatçılarına qarşı ünvanlı anti-terror əməliyyatları da mümkündür".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu