Azərbaycan Qarabağda qanunsuz fəaliyyət göstərən İsveçrə şirkətini məhkəməyə verəcək


"Beynəlxalq Ədalət Məhkəməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Ermənistana qarşı iddialar qaldırmışıq".


AFn.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistanın Azərbaycana təzminat ödəməsi mürəkkəb məsələdir: "Bu məsələ ilə bağlı yerli məhkəmələrə müraciət olunacaq. Ümid edirəm, bunlar, müsbət nəticələnəcək.

Məsələn, İsveçrənin şirkəti var, hansı ki, Qarabağda qeyri-qanuni fəaliyyət göstərir və gəlir əldə edir. Biz onlara qarşı İsveçrə məhkəməsində iddia hazırlayırıq".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu