“Qəbələ” “Turan Tovuz”la bərabərə qalıb

Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları davam edir.
Bu günə nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. "Qəbələ" evdə "Turan Tovuz"la qarşılaşıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb.
Günün digər oyununda isə "Qarabağ" səfərdə "Səbail"lə üz-üzə gələcək.
Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Kəpəz" görüşü ilə yekun vurulacaq.