Şəfiqə Məmmədova necə sədr seçilib? - AKİ-nin mətbuat katibindən müəmmalı cavab

"Sədrin seçilməsi üçün idarə heyətinin bütün üzvləri dəvət olunmalıdır. İttifaq sədrinin, müavinlərin, katiblərin, idarə heyətinin üzvlərinin kimliyindən xəbərim yoxdur. Məlumat sədr tərəfindən yayılıb".
AFN.az xəbər verir ki, bu fikirləri Musavat.com-a özəl açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.
O qeyd edib ki, seçki ilə bağlı məlumatı yoxdur: "Seçkilərdə Mədəniyyət Nazirliyinin nümayəndəsi olmalı idi. İttifaqın üzvü kimi düşünürəm ki, filmin rəhbəri rejissordur. Aktrisa kinorejissora rəhbərlik edə bilməz. Bütün dünyada ittifaqlara sədrlik rejissorlara həvalə olunur. Bu mənim rəsmi yox, üzv kimi fikrimdir".