Sülhməramlının ailə üzvləri Laçın yolunda...- FOTO


Xankəndi tərəfdən Laçın istiqamətinə doğru Rusiya sülhməramlılarından birinin ailə üzvləri keçid ediblər.


AFN.az xəbər verir ki, aksiya iştirakçıları keçidə tam şərait yaradıblar.

Bu, bir daha onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır.

Aksiya iştirakçıları buradan bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların da keçidinə eyni şəraiti yarada biləcəklərini bildirirlər.

Amma Ruben Vardanyan onları buraxmır, bura gəlmələrinin qarşısını alır və qəsdən yalan məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu