Xankəndi yolunda qar yağmasına baxmayaraq, etiraz aksiyası davam edir- CANLI YAYIM


Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.


AFN.az aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, bir neçə saat əvvəl Şuşa şəhərinə, aksiyanın keçirildiyi əraziyə qar yağmağa başlayıb.

Lakin buna baxmayaraq, aksiya davam edir.

Dinc aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.
Qeyd edək ki, bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, Laçından Xankəndi istiqamətində Rusiya sülhməramlılarına məxsus 5 ədəd təminat avtomobili keçib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu