"Teleradio" İstehsalat Birliyinin rəhbərliyi dəyişdi


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" ("Teleradio") İstehsalat Birliyinin baş direktoru Mikayıl Abbasov işdən çıxıb.


AFN.az-ın əldə etdiyi məlumata görə, quruma rəhbərlik müvəqqəti olaraq bu ilin oktyabr ayında baş direktorun müavini təyin edilmiş Elman Həsənova həvalə olunub.

O, bu təyinata qədər nazirliyə məxsus “Aztelekom” MMC-nin baş direktorunun müavini olub.

Nazirlikdən fakt təsdiq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu