"Lider" TV müflis elan olundu
"Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ("Teleradio") ilə "Lider TV və Radio-Azərbaycan" MMC arasında növbəti məhkəmə prosesində "Teleradio" İB-nin "Lider TV"nin müflis elan olunması barədə iddiası təmin olunub.
APA-nın əldə etdiyi məlumata görə, əmlak inzibatçısı "Teleradio" İB-nin texniki direktoru Mikayıl Abbasov təyin olunub.
Qərar 10-15 gün ərzində təqdim olunacaq.