Ermənistan “Dağlıq Qarabağ Respublikası”ndan “Respublika” sözünü sildi


Müxalifətin Qarabağın və Ermənistanın təhlükəsizliyi ilə bağlı layihəsi iflasa uğradı.


AFN.az xəbər verir ki, Ermənistan parlamentində hakim fransiya səsvermədə iştirak etməyib. Yalnız müxalifət qanun layihəsinin lehinə səs verib.
“Vətəndaş müqaviləsi” fraksiyası müxalifətin bəyanatını növbədənkənar iclasda müzakirə etməyə razılaşsa da, onun qəbul edilməsinin əleyhinə çıxıb.
Müxalifət fraksiyaları Ermənistan parlamentinə Qarabağın Azərbaycanın tərkibində ola bilməyəcəyi ilə bağlı bəyanat qəbul etməyi təklif ediblər. “Ermənistan” və “Şərəfim var” fraksiyaları Qarabağ məsələsinin xalqların öz müqəddəratını məhdudiyyətsiz müəyyən etmək hüququ prinsipi əsasında həll edilməli olduğunu təklif edib.
“Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan bildirib ki, hakimiyyətin təmsilçiləri layihədəki “Dağlıq Qarabağ Respublikası” ifadəsindən “respublika” sözünü çıxarıb. “Vətəndaş müqaviləsi” fraksiyası yalnız “Dağlıq Qarabağ” yazmağı təklif edir ki, bu da tərəflər arasında ciddi fikir ayrılığına səbəb olub.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu