“İnternat və uşaq evi məzunları arasında məşğulluq və sahibkarlıq fəaliyyətinin təbliği” layihəsi başa çatıb
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin həyata keçirdiyi “İnternat və uşaq evi məzunları arasında məşğulluq və sahibkarlıq fəaliyyətinin təbliği” II İnkuliziv layihəsi Astara rayonunda başa çatıb.
AFN.az xəbər verir ki, layihə çərçivəsində gənclərə xarakter tipləri və Karyera, "Grow" modeli və Karyera istiqamətinin seçilməsi, karyera seçiminə mane olan düşüncələr və onların dəyişdirilməsi mövzusunda, eyni zamanda, Dövlət Məşğulluq Agentliyinin mərkəzi karyera filialının əməkdaşı tərəfindən DMA-nin peşə hazırlığı imkanları, güzəştləri, və özünü məşğulluq proqramları haqqında ətraflı məlumat verilib.
Layihənin sonuncu günündə layihə iştirakçıları, Astara rayonu Kakalos kəndində yerləşən Fərbiyyə xanım Şabanovanın şəxsi təşəbbüsü ilə bölgənin tarixi keçmişini, yerli folklor ənənələrini özündə əks etdirən muzeyi, Yanar Bulaq kompleksi, yerli əhəmiyyətli tarixi abidə olan və Ulduz kinofilmində çəkilmiş Ləm, İsti Su, eyni zamanda sitrus meyvələri əkin sahələrinə və Astara Çay istehsalat fabriki ilə yaxından tanış olub yerli çayın əkilməsi, biçilməsi, istehsalı və satışı ilə bağlı ətraflı məlumatlandırılıblar.
Layihədə ümumi internat məktəbi məzunları ilə yanaşı, eşitmə məhdudiyyətli internat məktəbindən məzun olan gənclər də iştirak edib layihə ərzində bütün məlumatlar onlar üçün işarət dilinə tərcümə edilib.