"İnternat və uşaq evi məzunları arasında məşğulluq və sahibkarlıq fəaliyyətinin təbliği” layihəsi reallaşdırılır - FOTOLAR
"İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnternat və uşaq evi məzunları arasında məşğulluq və sahibkarlıq fəaliyyətinin təbliği” layihəsi çərçivəsində Şamaxı rayonunda qış düşərgəsi təşkil olunub.
İB-dən AFN-ə verilən məlumata görə, layihənin əsas məqsədid dövlət himayəsində böyüyən gənclərin sosial inkişafı, peşə seçimi, özünü məşğulluq və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin onlar üçün yaratdığı imkanlardan maksimum yararlanmaları sahəsində maarifləndirici tədbirlər həyata keçirmək, internat və uşaq evi məzunlarının sahibkar kimi gələcəkdəi fəaliyyətlərinə öz tövhəsini verməkdir.
Düşərgənin ilk günü Şəhidlər Xiyabanı ziyarət edilib. DMA əməkdaşı Toğrul Ələkbərin təqdimatında karyera planlaması, iş axtarışı üsulları, peşə seçimi, aktiv məşğulluq tədbirləri və sahibkarlığa dəstək mövzularında seminarlar təşkil olunub. Bundan əlavə, gənclərimiz Şamaxı Astrofizika Rəsədxanasında, Dəmirçi Arxeoloji muzeyində, Safari Parkında və Şamaxı Diyarşünaslıq muzeyində olublar. “Şəhid övladları ilə bir gün” şüarı altında şəhid İsaxan Qəniyevin övladları ilə yaddaqalan bir gün keçirilib. Həmçinin gənclərimiz Şamaxı Astrofizika Rəsədxanasında, Dəmirçi Arxeoloji muzeyi, Safari Parkı və Şamaxı Diyarşünaslıq muzeyində ekuskursiyaların təşkili ilə rayonun tarixi və coğrafi ərazisiylə tanış olublar.
Layihənin davamı olaraq Dövlət Məşğulluq Agentliyinin dəstəyilə layihə iştirakçıları üçün 3 aylıq müxtəlif sahələrdə peşə hazırlığı kursları təşkil ediləcək. 3 ay ərzində intensiv peşə hazırlıq kurslarında iştirak edən gənclər, kursu uğurla bitirəcəkləri təqdirdə Agentlik tərəfindən işlə təmin olunacaqlar. Həmçinin təhsil aldıqları 3 ay müddətində layihə iştirakçılarına günlük xərclərin qarşılanması üçün hər ay 250 azn təqaüd təqdim olunacaq.