Finalda İran yığması ilə üz-üzə gələcək idmançılarımızın adları açıqlanıb
Bu gün Bakıda keçirilən yunan-Roma güləşi üzrə dünya kuboku yarışında final görüşündə İran millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının heyəti açıqlanıb.
Həlledici görüşdə Eldəniz Əzizli, İbrahim Nurullayev (55 kq), Murad Məmmədov, Hinat Məmmədli (60 kq), Taleh Məmmədov, Ziya Babaşov (63 kq), Həsrət Cəfərov, Namaz Rüstəmov (67 kq), Ülvi Qənizadə, Qurban Qurbanov (72 kq), Sənan Süleymanov, Elcan Məmmədov (77 kq), Rafiq Hüseynov, Nasir Həsənov (82 kq), Laçın Vəliyev, Mirad Əhmədov (87 kq), Arif Niftullayev, Zamir Maqomedov (97 kq), Sabah Şəriəti və Beka Kandelaki (130 kq) döşəyə çıxmaq şansı qazanacaqlar.
Hazırda bürünc medal uğrunda görüşdə Türkiyə millisi dünya yığması ilə qarşılaşır.